Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Beyruta endirilən zərbələr nəticəsində altı nəfər öldü, 36 nəfər yaralandı
İsrailin Beyrutun mərkəzi və qərbinə endirdiyi hava hücumları nəticəsində azı 6 nəfər ölüb, 36 nəfər yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi rəsmi "Facebook" hesabında məlumat verib.
Qeyd olunur ki, İsrailin Rəs əl-Nəbaa bölgəsinə (Beyrutun mərkəzində) hücumu nəticəsində biri qadın olmaqla dörd nəfərin ölümü, 14 nəfərin, o cümlədən iki uşağın yaralanması ilə nəticələnib. Bundan əvvəl hava zərbəsi nəticəsində "Hizbullah" təşkilatının informasiya xidmətinin rəhbəri Məhəmməd Afif və daha dörd nəfərin həlak olduğu bildirilirdi. Yaralıların dəqiq sayı barədə məlumat verilməyib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Beyrutun qərbindəki Mar İlyas və Karakol-Druz bölgələrinə hücumu nəticəsində iki nəfər ölüb, 22 nəfər yaralanıb.
"İsrail - Livan gərginliyi" teqi üzrə xəbərlər
- Netanyahu: "Dəməşqdə hakimiyyət dəyişikliyi İsrail üçün yeni imkanlar açır"
- İsrail ordusu Livandakı terrorçu hədəflərə hücuma başlayıb
- "Hizbullah" atəşkəsdən sonra ilk dəfə İsrail mövqelərinə zərbələr endirib
- İsrail ordusu Suriya üzərində İrandan uçan təyyarəni geri çevirib
- HƏMAS Qəzzada atəşkəsi müzakirə etməyə hazırdır
Rəylər