İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağına endirilən hava zərbələri zamanı valyutadəyişmə məntəqələri şəbəkəsini idarə edən HƏMAS komandirinin və radikal Fələstin hərəkatının hərbi qanadına mənsub snayperin zərərsizləşdirildiyini bəyan edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, təhlükənin qarşısını almaq məqsədilə SAXAL iki HƏMAS terrorçusunu məhv edib. Onların arasında HƏMAS-a xarici valyutada köçürmələrin həyata keçirildiyi "Mokbel" valyutadəyişmə məntəqələri şəbəkəsinin rəhbəri, komandir Cəbr Mokbel də var.
Hücum anklavın mərkəzi hissəsində yerləşən Deyr-əl-Bələh şəhəri ərazisində həyata keçirilib. Hərbçilərin sözlərinə görə, SAXAL "təşkilatın infrastrukturunun və döyüş potensialının bərpa olunmasının qarşısını almaq üçün HƏMAS-ın maliyyə imkanlarını zəiflətmək istiqamətində səylərini davam etdirir".
Mətbuat xidməti əlavə edib ki, Qəzza zolağının cənubunda Xan-Yunis bölgəsinə endirilən daha bir zərbə nəticəsində SAXAL HƏMAS-ın hərbi qanadının snayperi Həsən əl-Bəttanı zərərsizləşdirib.
Məlumata görə, məhv edilən şəxslər "son vaxtlar SAXAL hərbçilərinə və dinc israillilərə qarşı hücumlar hazırlayır, eyni zamanda atəşkəs rejimini mütəmadi olaraq pozaraq HƏMAS-ın döyüş potensialını bərpa etməklə məşğul idilər".