"Merlər Razılaşmasına qoşulan Azərbaycanın bir şəhərinin imzası dondurulub".
Oxu.Az verir ki, bu fikirləri Merlər Razılaşmasının Şərq komanda rəhbəri Kristof Frerinq Energetika Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə keçirilən Merlər Razılaşması Təşəbbüsü üzrə tədbirdə bildirib.
O xatırladıb ki, Azərbaycanda 10 şəhər Merlər Razılaşmasına qoşulub:
"Qeyd edim ki, razılaşmanı imzalayan Azərbaycanın bir şəhərinin imzası dondurulub. "Dondurulub" o deməkdir ki, imzalanmadan sonra iki il, iki il yarım vaxt verilir, lakin heç bir irəliləyiş olmazsa, faktiki fəaliyyət dayandırılır".
O bildirib ki, imzanın qüvvəsi dondurulur və fəaliyyətin bərpasına razı salınmağa çalışılır.
Məlik Məlikov