Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Birinci kanal”: Rusiya bombardmançıları Azərbaycandan uçur - VİDEO
Mülki təyyarənin göyərtəsində törədilən terror aktı ölkəyə hücuma bərabərdir və BMT-nin nizamnaməsinə müvafiq olaraq, Rusiya özünü müdafiə hüququndan bütün mümkün vasitələrilə istifadə edəcək.
Oxu.Az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov qeyd edib.
Onun sözlərinə görə, terror aktının tördilməsində kimin və neçə əli olduğuna dair xüsusi xidmətlərdə artıq məlumat var, amma bu, məxfidir.
Məlumatın ABŞ və Britaniyadan gəldiyi bildirilib, XİN prezidentin göstərişi ilə terror aktına aidiyyatı olanları tapmaqda yardım etməyə qadir olan bütün ölkələrə və təşkilatlara müraciət edib.
Rusiya üçün bu, intiqam əməliyyatıdır. Heç bir güzəşt və danışıqlar olmayacaq.
Heç bir qorxu yoxdur. Prezident Putinin terrorçuların harda olmasından asılı olmayaraq tapılıb məhv edilməsinə dair bəyanatından sonra Rusiya silahlı qüvvələri İŞİD-ə hücum edib.
Bombardmançılar bir neçə bazadan, daha sonra isə iki dənizdən – Xəzər və Aralıq dənizindən hücuma keçiblər. Bütün bunlar terrorçuların onlara aman verilməyəcəyini anlamaları üçündür – Rusiyanın “Birinci kanal”ının süjetində deyilir.
Oxu.Az-ın məlumatına görə, materialda Tu-22M3 bombardmançısının 24 tonluq sursatı daşımaq iqtidarında olduğu qeyd edilir.
“Tu-22M3 bombardmançıları Mazdokda havaya qalxıblar. Azərbaycandan keçən təyyarələr Türkiyə, daha sonra İran və İraq üzərindən keçərək Suriyada bomba atıblar”, - süjetdə deyilir, həmçinin raketdaşıyıcıların və bombardmançıların uçuşunun coğrafi marşrutu göstərilir.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Davamlı müharibələr, tapılmayan həll yolu və yeni dünya düzəni: BMT-nin gələcəyi sual altındadır
- BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib
- BMT dünyanın ən xoşbəxt ölkəsinin adını açıqlayıb
- Ceyhun Bayramov: "Ermənistanın ATƏT-in strukturları ilə bağlı mövqeyi sülhə maneələrdən biridir"
- Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar