Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Bitkoin"in qiyməti 90 min dolları keçdi
"Bitkoin"in qiyməti artmağa başlayıb və 90 min dollardan yuxarı qalxıb.
Oxu.Az xəbər verir ki, bunu "Binance" platformasının məlumatları sübut edir.
Daha əvvəl ABŞ Prezidenti Donald Trampın "Bitkoin"lərdən ibarət strateji kriptovalyuta ehtiyatının formalaşdırılması haqqında fərmanı imzalaması fonunda kriptovalyutanın dəyəri 85 700 dollaradək düşmüşdü.
Bakı vaxtı ilə saat 18:50-yə olan məlumata görə, "Bitkoin"in qiyməti 1,04% artaraq 90 861 dollar olub.
"Bitcoin" teqi üzrə xəbərlər
Ən çox oxunanlar