Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Blinken İsrail və HƏMAS arasında həlledici məqamdan danışdı: "Atəşkəs üçün ən yaxşı və son şansdır"
"İsrailin Fələstinin radikal HƏMAS hərəkatı ilə davam edən atəşkəs danışıqları sülh üçün son şans ola bilər".
Oxu.Az-ın "Euractiv" portalına istinadən xəbərinə görə, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken İsrailə gəldiyi zaman deyib.
"Bu, mənim İsrailə və Yaxın Şərqə oktyabrın 7-dən (2023-cü ildən) bəri doqquzuncu səfərimdir və bu, həlledici məqamdır. Ehtimal ki, girovları evlərinə qaytarmaq, atəşkəsə nail olmaq üçün ən yaxşı, bəlkə də ən son şansdır", - deyə Blinken bildirib.
Blinken əlavə edib ki, hər iki tərəf danışıqlar və münaqişələrin həlli mövzusundan yayınmağı dayandırmalıdır.
Xatırladaq ki, daha əvvəl yayılan xəbərlərdə bildirildiyinə görə, HƏMAS Təl-Əvivin irəli sürdüyü yeni şərtlər səbəbindən İsraillə atəşkəs razılaşmasından imtina edib. Xüsusilə də Misirin Qəzza zolağı ilə sərhədindəki dar ərazi olan Filadelfiya dəhlizi ətrafında problemlər yaranıb. İsrail tərəfi danışıqlar zamanı bu ərazinin öz nəzarətində qalmasını tələb edir, Fələstin hərəkatı isə bu tələbi qəbuledilməz adlandırır.
"Antoni Blinken" teqi üzrə xəbərlər
- ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladılar
- ABŞ və Ermənistan arasında imzalanacaq sənəd Tramp hakimiyyəti dövrünün arxivinə göndəriləcək?
- Kremldən ABŞ və Ermənistan arasında imzalanacaq strateji tərəfdaşlıq sazişinə münasibət
- Erməni politoloq ABŞ və Ermənistan arasındakı yeni müqavilənin detallarını açıqladı
- Ermənistan və ABŞ strateji tərəfdaşlıq sənədi imzalayacaqlar
Rəylər