Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
BMT ABŞ-də məhbusların edam edilməsinə qarşı çıxıb
“Birləşmiş Millətlər Təşkilatı Alabama ştatının yanvarın 25-də ilk dəfə olaraq saf azotdan istifadə edərək məhbusu edam etmək planına qarşı çıxır”.
Bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“BMT ölüm cəzasının istənilən cür tətbiq edilməsinə qarşıdır”, - deyə o, Alabama ştatının qərarını şərh etməyi xahiş etdikdə bildirib.
Məhkum Kennet Smit 1988-ci ildə bir qadını sifarişlə qətlə yetirməkdə təqsirli bilinib. Cinayət ortağı ilə birlikdə o, qətlə görə 1000 dollar (1700 manat) alıb. Onun cinayət ortağı 2010-cu ildə edam edilib. Smitin özünü də ölümcül inyeksiya ilə edam etməyə çalışırdılar, lakin o, edam cəhdindən sağ çıxıb.
Smitin vəkilləri qeyd edirlər ki, bu üsul qəddarlığı ilə seçilir. Onların fikrincə, dövlət orqanları öz müttəhimdən yeni icra üsulu üçün sınaq subyekti kimi istifadə edirlər.
Qeyd edək ki, ABŞ-nin üç ştatında saf azotdan istifadə etməklə edama icazə verilib, lakin əvvəllər bu üsuldan heç vaxt istifadə olunmayıb. Alabama hakimiyyəti öldürücü inyeksiyalar üçün istifadə olunan preparatların çatışmazlığı səbəbindən üsulu yalnız 2018-ci ildə tətbiq edilməsini təsdiqləyib.
Mənbə: TASS
Rəylər