BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasının (KXDR) ballistik raket buraxılışını pisləyərək, Şuranın qətnamələrinin növbəti dəfə pozulduğunu etiraf edib, Venesuelanın BMT yanındakı daimi nümayəndəsi (fevraldan TŞ-nin sədri) Rafel Ramires bəyan edib, Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir.
Bazar günü BMT Təhlükəsizlik Şurası KXDR-də ballistik raket buraxılışı ilə əlaqədar təcili iclas keçirib.
Ramires Pxenyanın hərəkətlərini BMT TŞ-nin qətnamələrinin ciddi şəkildə pozulması adlandırıb.
“TŞ üzvləri bu raket buraxılışını ciddi şəkildə pisləyirlər, - o, bildirib. – TŞ üzvləri bu ciddi pozuntulara cavab verən tədbirlərin əks olunduğu yeni qətnamə qəbukl edəcəklər”.
O qeyd edib ki, layihə üzərində iş yaxın günlərdə davam edəcək.