Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
BMT əsrin humanitar fəlakətini proqnozlaşdırdı
Suriyanın İdlib şəhərindəki genişmiqyaslı hərbi əməliyyatlar əsrin humanitar fəlakətinə səbəb ola bilər.
Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok deyib.
“Yaxın bir neçə ayda İdlibdə baş verəcək hadisələr böyük insan tələfatına səbəb olacaq. Bu isə XXI əsrin humanitar fəlakətinə gətirib çıxaracaq. Bu problemin həlli üsulları olmalıdır”, - Loukok bildirib.
O əlavə edib ki, İdlibdə dörd milyona yaxın insan yaşayır və onların yarısından çoxunun humanitar yardıma ehtiyacı var.
Onun sözlərinə görə, genişmiqyaslı əməliyyatlar nəticəsində 800 mindən çox miqrant İdlibi tərk edəcək.
BMT-nin məlumatlarına görə, son həftə ərzində rejim və Rusiya qüvvələrinin İdlib və Hamaya hücumu nəticəsində 30 min insan evini tərk edib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Baş katib: "Azərbaycan sədrliyi AQEM-in səmərəliliyinin artırılmasını hədəfləyir""
- İsrail və "Hizbullah" atəşkəsi uzatmaq niyyətindədirlər
- Muxtar Babayev: "COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur"
- Ədalət necə bərpa olundu? - 20 Yanvar hadisələrinin "Qarabağ" kulminasiyası
- TDT ölkələri gömrük-sərhəd məntəqələrində qabaqcıl texnologiyalar tətbiq edəcəklər
Rəylər