BMT-nin Liberiyadakı missiyasının ikinci işçisi də ebola virusuna yoluxub.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, ebolaya yoluxan tibb işçisi hazırda müalicə olunur. Onun milliyəti barədə məlumat verilmir.
Qeyd edək ki, işçi heyətinin ilk xəstələnən nümayəndəsi ötən ay vəfat edib.
Bu arada ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin açıqlamasında Afrikada ebola ilə mübarizənin uzun sürəcəyini bildirilsə də, xəstəliyə qarşı nailiyyətlər əldə edildiyi də qeyd olunur.
Qeyd edək ki, ebola virusu əsasən Liberiya, Qvineya və Syerra Leonedən olmaqla, 3400 insanın ölümünə səbəb olub.