BMT Təhlükəsizlik Şurası Ukraynanın Kaxovka Su Elektrik Stansiyasında baş vermiş partlayışla əlaqədar növbədənkənar iclas keçirir.
Bu barədə Ukraynanın BMT-dəki nümayəndəsi Sergey Kislitsa öz “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, görüş Kiyev vaxtı ilə saat 23:00-da (Bakı vaxtı ilə 00:00) başlayıb.
Qeyd edək ki, bu gün Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətindəki Kaxovskaya Su Elektrik Stansiyasının bəndi partladılıb. Ukraynanın “Cənub” operativ komandanlığı Su Elektrik Stansiyasının Rusiya tərəfindən partlatdığını açıqlayıb.
Rəylər