BMT-nin sabiq baş katibi Butros Butros-Qali 94 yaşında vəfat edib.
Oxu.Az-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Təhlükəsizlik Şurasına Venesuelanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının prezidenti Rafael Dario Ramires bildirib.
Butros Butros-Qalinin ölüm səbəbi hələlik məlum deyil.
BMT-nin sabiq baş katibinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.