BMT-nin Təhlükəsizlik Şurası (TŞ) cümə günü, iyunun 13-də İsrailin İrandakı əməliyyatı ilə əlaqədar fövqəladə iclas keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tədbirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Tehranın nüvə obyektləri ilə bağlı məlumatları təqdim olunacaq.