Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hikmət Hacıyev: "Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur"
"Bəzi KİV və sosial şəbəkələrdə Bakıya qarşı yayılan ittihamlar tamamilə əsassızdır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Söhbət Azərbaycanın guya İsrail adından etnik azərbaycanlıları agent kimi cəlb edərək İranda yerləşdirməsi ilə bağlı şayiələrdən gedir.
"Bu absurd və uydurma ittihamların reallıqla heç bir əlaqəsi yoxdur və məqsədli şəkildə dezinformasiyadan başqa bir şey deyil", - H.Hacıyev vurğulayıb.
O əlavə edib ki, Azərbaycan bu cür saxta və əsassız bəyanatları qətiyyətlə rədd edir.
Certain media and social media accounts have recently circulated entirely unfounded and fabricated claims suggesting that as if Azerbaijan has recruited ethnic Azerbaijanis as agents and deployed them into Iran on behalf of Israel. These kinds of absurd and fantasy-driven… pic.twitter.com/QCNxgFNy1W
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 13, 2025

"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
- Diplomatların peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil olunub
- Aİ-nin enerji təhlükəsizliyi: Bakı praqmatik yanaşma təklif edir
- Diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsi öz işinə başlayıb
- Ersin Tatar Şuşada Ceyhun Bayramov və Hikmət Hacıyevlə görüşüb