Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan və Çin ÜTT-yə üzvlüklə bağlı danışıqları başa çatdırıblar
Pekində Çin və Azərbaycan arasında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı danışıqların ikinci raundu keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi (MOFCOM) məlumat yayıb.
Məlumata əsasən, tərəflər bazara çıxış şərtlərinin müzakirəsini əsaslı şəkildə başa çatdırıblar.
Həmçinin tərəflər mal və xidmət ticarəti sahəsində bütün təkliflər üzrə konsensus əldə ediblər. Danışıqları Çinin ticarət nazirinin müavini Yan Donq və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli aparıblar.
MOFCOM bunun Azərbaycanın ÜTT-yə üzv olmasına təkan verdiyini və Çinin dəstəyini əks etdirdiyini vurğulayıb.
"Azərbaycan-Çin münasibətləri" teqi üzrə xəbərlər
- Çinə getmək istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ - Viza rejimi bu gündən ləğv edildi
- Azərbaycanlı tələbələr Çinin aparıcı universitetlərində təqaüdlə təhsil alacaqlar
- Səfir: "Çin Azərbaycanla sazişin ratifikasiyası üçün addımlar atır"
- Yusif Abdullayev: "Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək"
- Elnur Əliyev: "Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilib"