Frankfurtda beynəlxalq avtosalonun açılışı və BMW-dən yeniliklərin təqdimatı zamanı şirkətin rəhbəri Harald Krüger huşunu itirib.
Oxu.Az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu səbəbdən təqdimat baş tutmayıb.
Tədbir iştirakçılarını salamladıqdan sonra BMW-nin dünya nəaliyyətlərindən və gələcək yeniliklərdən danışmağa başlayan Krügerin ürəyi tutub və o, səhnədə yıxılıb.
Şirkət nümayəndələri onu dərhal səhnədən aparıblar, təqdimatı isə qeyri-müəyyən vaxta qədər təxirə salıblar.