Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli İlhamə Quliyeva əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, müğənni bu haqda “ATV Maqazin”ə açıqlama verib:
“Ayağımdakı damarlar məni incidirdi. Buna görə üç dəfə 2-3 saat davam edən əməliyyat keçirmişəm. Yenə əməliyyat olunacağam. Bu dəfə estetik əməliyyat ediləcək. Görünüşümdə yeniliklər olacaq, artıq piyləri götüzdürəcəyəm”.