Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Boeing" 2 mindən çox işçisini ixtisar edəcək
ABŞ-də yerləşən "Boeing" qlobal aviasiya şirkəti işçi qüvvəsini 10 faiz azaltmaq planı çərçivəsində 2 mindən çox əməkdaşını işdən çıxaracaq.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Vaşinqton ştatının Məşğulluq Təhlükəsizliyi Departamentindən məlumat verilib.
Məlumata görə, "Boeing" dekabr ayında 2 min 199 əməkdaşını işdən azad edəcək.
Xatırladaq ki, şirkət sentyabr ayında fabrik işçilərinin tətilə başlamasından sonra xərcləri azaltmaq üçün işə qəbulu dondurmaq, səyahətləri dayandırmaq və vacib olmayan xərcləri təxirə salmaq kimi tədbirlər görməyi planlaşdırdığı barədə açıqlama vermişdi. Həmçinin oktyabr ayında işçi qüvvəsini 10 faiz azaltmaq niyyətində olduğunu da bəyan etmişdi.
ABŞ KİV-də yer alan xəbərlərdə 17 min "Boeing" işçisinin ixtisarlardan təsirlənəcəyi bildirilmişdi.
Rəylər