Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Boeing” şirkəti qalmaqallı təyyarə ilə bağlı yeni qərar verdi
“Boeing” şirkəti Afrikada qəzaya uğramış “737 Max” model qrupundan olan təyyarələr üçün yeni proqram təminatı buraxmağı planlaşdırır.
Bu haqda Reuters məlumatlı mənbəyə istinadən informasiya yayıb.
Proqram təminatının yeni versiyası 7-10 gün ərzində çıxacaq. Şirkət rəsmilərinin dediyinə görə, altı ay ərzində sözügedən təyyarələrin iştirakı ilə baş vermiş iki aviaqəzaya qüsurlu proqram təminatının səbəb olduğu ilə bağlı heç bir sübut aşkarlanmayıb.
Ancaq qəzalardan əvvəl laynerlərin oxşar trayektoriyalarla hərəkət etməsi bu barədə əsaslı olaraq şübhə yaradır.
Xatırladaq ki, martın 15-də “Boeing 737 Max 8” təyyarəsinin qəza yerində (Efiopiya) təyyarənin quyruğundakı nizamlayıcının bir parçası aşkarlanıb. Onun üzərində olan trimmer qeyri-adi mövqedə olub.
2018-ci ilin payız aylarında qəzaya uğramış Lion Air hava yolları şirkətinə aid “Boeing” təyyarəsinin dağıntılarında da oxşar mənzərə müşahidə olunmuşdu.
Rəylər