Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Boeing"dən yeni uğursuzluq: "777X" sınaqdan keçmədi
Amerikanın "Boeing" aviatikinti korporasiyası özünün ən yeni "777X" laynerinin sınaqları zamanı texniki problemlərlə üzləşib.
Bu barədə "Agence France Press" vəziyyətlə tanış mənbəyə istinadən xəbər verir.
Qeyd edilir ki, keçən həftə aparılan sınaqlarda ABŞ Mülki Aviasiyanın Federal İdarəsinin (FAA) müfəttişləri iştirak ediblər. Germetikliyin yoxlanılması zamanı təyyarənin qapısı yerindən uçub. Bu səbəbdən də sınaqlar dayandırılıb.
Baş verənlərlə bağlı "777X"in 2020-ci ilin əvvəllərinə planlaşdırılan ilk sınaq uçuşunun təxirə salınıb-salınmayacağı məlum deyil.
Xatırladaq ki, 2018-ci ilin oktyabrında "Boeing 737 MAX" təyyarəsi İndoneziyada qəzaya uğrayıb, nəticədə 189 nəfər həyatını itirib. Martda isə Efiopiyada eyni modelli təyyarənin qəzaya düşməsi nəticəsində 157 insan ölüb. Bundan sonra bir sıra ölkələrdə "Boeing 737 MAX" hava gəmilərinin istismarı dayandırılıb.
"Efiopiya" teqi üzrə xəbərlər
- Efiopiya planlaşdırma naziri: "Biz karbon ticarətində iştirak etmək istəyirik"
- İqlim dəyişikliyi hansı qəhvə növünə təsir edəcək?
- Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür
- Afrikada "Somalilend" oyunu: "Türkiyənin vasitəçiliyinədək problemin həllinin tərəfdarı deyildilər"
- Afrika ölkəsində torpaq 160-a yaxın insanı uddu
Rəylər