Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Boliviyada fövqəladə vəziyyət rejimi elan edildi
Boliviya hökuməti son aylarda 50-dən çox insanın ölümünə səbəb olan yağışların gətirdiyi daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkə Prezidenti Luis Arse hökumət üzvlərinin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verib.
"Təbii fəlakət bizi ölkədə fövqəladə vəziyyət elan etməyə məcbur edir. Bu gün biz müvafiq fərman dərc etdik ki, bu da dəymiş ziyanla mübarizədə iştirak edən bütün şəxslərin işini sürətləndirəcək", - deyə o bildirib.
Arsenin sözlərinə görə, 209 bələdiyyə güclü yağışlardan zərər görüb.
"Bu il təbii fəlakət 818 evi dağıdıb və biz onları bərpa edəcəyik. 51 nəfərin öldüyü, 8 nəfərin itkin düşdüyü barədə əlimizdə məlumat var", - deyə o qeyd edib.
Boliviyada yağış mövsümü 2024-cü ilin noyabrında başlayıb. Vəziyyət son bir həftə ərzində daha da pisləşib. Səlahiyyətlilərin məlumatına görə, son 40 ilin ən güclü yağışından söhbət gedir.
"Təbii fəlakət" teqi üzrə xəbərlər
- Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı artıb
- Myanma və Tailanddan sonra İndoneziyada da zəlzələ oldu
- Myanmada ölənlərin sayı 1600 nəfəri ötdü: 3400-dən çox insan xəsarət alıb, itkin düşənlər var
- Tailand və Myanmadakı zəlzələdə azərbaycanlılar xəsarət alıblar? - RƏSMİ
- Azərbaycan XİN Myanma və Tailandda dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib