Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Boliviyada göyərtəsində sərnişinlər olan təyyarə Amazon üzərində yoxa çıxdı
Boliviyada Amazon bölgəsində göyərtəsində sərnişinlər olan təyyarə radarlardan itib. Təyyarənin axtarışı üçün xilasetmə əməliyyatına başlanılıb.
Oxu.Az-ın KP.ru-ya istinadən xəbərinə görə, bu barədə dövlət başçısı Luis Arse məlumat verib.
Yoxa çıxan "Cessna 172CP" təyyarəsinin göyərtəsində biri uşaq olmaqla, beş nəfərin olduğu bildirilir.
"Biz Boliviya Hərbi Hava Qüvvələrinin (FAB), Birgə Fövqəladə Hallara Reaksiya Komandanlığının və axtarış-xilasetmə xidmətlərinin cəlb olunduğu axtarış-xilasetmə əməliyyatlarının aparılması ilə bağlı göstəriş vermişik", - deyə o qeyd edib.
"Təyyarə qəzası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar