Bolqarıstanın baş naziri Boyko Borisov ölkənin sərhədlərinin “qeyri-qanuni miqrantların” üzünə bağlanıldığını bildirib.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın OFFNews xəbər agentliyi məlumat yayıb.
Baş nazir bildirib ki, ölkəyə yalnız qanuni əsaslarla girmək mümkündür. Onun sözlərinə görə, Bolqarıstanın xahişi ilə Türkiyə polisi və jandarmları qaçqınları iki ölkə sərhədindən 40 km aralıda saxlayır.
Boyko Borisov qeyd edib ki, ölkəyə yalnız minik və yük avtomobilləri buraxılır və bunun sayəsində Avropa İttifaqı ölkələrinə keçməyə səy göstərən miqrant axınını az da olsa tənzimləmək mümkün olub.