Çexiyanın paytaxtı Praqada prezidentlərin iqamətgahında ölkə bayrağını çıxardaraq yerinə qırmızı alt paltarı asıblar.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Çexiya polisi hadisəni törədən üç gənci saxlayıb. Gənclər qalmaqallı “Ztohoven” dərnəyinin üzvləridirlər.
Yaradıcı heyət bununla Prezident Miloş Zemana öz mənfi mövqeyini ifadə edib.
Qrupun bəyanatında deyilir ki məhz qırmızı alt paltarı “heç nədən utanmayan insana” müvafiq bayraq ola bilər.
Praqa polisi bildirib ki, Çexiya qanunlarına əsasən, onlar ölkə simvolunu təhqir etdikləri üçün azadlıqdan məhrum ediləcəklər.