Böyük Britaniyanın sabiq baş naziri Boris Conson öz kitablarını yazarkən "ChatGPT"dən istifadə etdiyini etiraf edib.
Oxu.Az xəbər verir ki, Conson bu barədə "Al Arabiya" telekanalına müsahibəsində danışıb. O bildirib ki, bəzi məsələləri dəqiqləşdirmək üçün süni intellektdən yararlanıb.
Siyasətçi, həmçinin "ChatGPT"nin ona ünvanladığı tərifləri xüsusilə bəyəndiyini vurğulayıb:
"Mən bəzən cavabını bildiyim sualları verirəm və "ChatGPT" həmişə yazır: "Sizin müdrik suallarınız var".
Qeyd edək ki, Boris Conson bir neçə kitabın müəllifidir. Onun sonuncu əsəri - "Unleashed" - 2024-cü ildə işıq üzü görüb.