Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun 9-cu övladı anadan olub.
Oxu.Az xəbər verir ki, siyasətçinin hazırkı həyat yoldaşı Kerri dördüncü dəfə körpə dünyaya gətirib.
Mayın 24-ü axşam saatlarında Kerri Conson qızının doğulması ilə bağlı "Instagram"da paylaşım edib. Məlum olub ki, qıza Poppi Eliza Cozefina Conson və ya qısaca Pops adı verilib.
59 yaşlı keçmiş baş nazir və onun 35 yaşlı həyat yoldaşının artıq 4 övladı var. 1993-cü ildən 2018-ci ilə qədər Marina Uiler ilə evli olub. Consonun bu evlilikdən dörd övladı var. 2009-cu ildə siyasətçi London meri olarkən onun sənətşünas Helen Makintayr ilə münasibətindən isə bir qızı olub.