Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İtaliya A Seriyası: "Milan"dan inamlı qələbə
İtaliya A Seriyasında 38-ci turun "Milan" - "Monza" qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, "San Siro"dakı oyunda meydan sahibləri 2:0 hesabı ilə inamlı qələbə qazanıblar.
64-cü dəqiqədə "Milan"ın müdafiəçisi Matteo Qabbia matçda ilk qolu vurub. On dəqiqə sonra portuqaliyalı hücumçu Joao Feliks fərqi artırıb.
Bu qələbədən sonra "Milan"ın 63 xalı var. Komanda İtaliya çempionatının turnir cədvəlində yeddinci pilləyə yüksəlib. Monza mövsümü 18 xalla sonuncu pillədə başa vurub.
"AC Milan" teqi üzrə xəbərlər
Ən çox oxunanlar