Avropa İttifaqı fevral ayının 15-də Bosniya və Herseqovina Respublikasından quruma daxil olmaq üçün rəsmi müraciət alıblar.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər üzrə nümayəndəsi Federika Mogerini bildirib.
Mogerininin İnformasiya agentliyinin sitat gətirdiyi bəyanatında, bunun Bosniya və Herseqovina üçün Avropa İttifaqına gedən yolda mühüm addım olduğu, amma bunun yalnız yolun başlanğıcı olduğu deyilir.
Bosniya və Herseqovinanın Aİ daxil olmaq üçün müraciət barədə planları hələ yanvarda məlum olmuşdu.
Bosniya və Herseqovinanın müraciətini bir çox Avropa ekspertləri skeptik qarşılayıblar. Onlar ölkənin siyasi və iqtisadi cəhətdən Aİ-yə daxil olmasına hazır olduğuna şübhə edirlər.