Aktyor Kənan İmirzalıoğlu və aktrisa Sinem Kobal Sevgililər günündə nişanlanıblar.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən axşam İmirzalıoğlu ailəsi 3 avtomobillə Kobalın ailəsinin evinə gedib.
Cütlüyün toyu mayın 21-də Cunda adasında olacaq. 3 gün, 3 gecə davam edəcək mərasimə qatılacaq qonaqlar üçün indidən 2 otel bağladılıb.