Böyük Britaniyada koronavirusdan ölümlərin gündəlik sayı 20 martdan bəri ilk dəfə aşağı düşüb.
“RİA Novosti” bu barədə ölkənin Milli Statistika Bürosunun məlumatına əsasən xəbər yayır.
Büro hökumətin koronavirusun pik həddinin keçməsi iddialarını təsdiqləyib.
18-24 aprel tarixlərində İngiltərə və Uelsdə qocalar evlərində ölüm sayının artmasına baxmayaraq, həftə ərzində cəmi koronavirusdan 21 997 ölüm faktı qeydə alınıb.
Bu, bir həftə əvvəlki göstəriciyə nisbətən 354 fakt azalma deməkdir.
Xəstəxanalarda ölənlərin sayı da bir həftə əvvələ (9 434 nəfər) nisbətən azalıb (8 243).
Eyni zamanda, koronavirus epidemiyası fonunda, 24 aprelə qədər hər həftəyə düşən ümumi ölüm göstəricisinin son beş il ərzində orta ölüm sayından 11,5 min hal yüksək olduğu qeyd edilir.