Epidemioloq, İsveç hakimiyyətinin və Ümumdünya Səhiyyə Təşkilatı katibinin müşaviri Yohan Qizekke COVID-19-la mübarizədə aşkar üstünlüyə malik tədbirləri açıqlayıb.
Bu barədə RBK məlumat yayıb.
Alim bu tədbirlərə nümunə olaraq, əl yumaq və sosial məsafə saxlamağı göstərib. O qeyd edib ki, İsveç hakimiyyəti məhz bu tədbirlərə istinad edir, çünki onların faydası elmi cəhətdən əsaslandırılıb.
Alimin fikrincə sərhəddə yoxlanılma, məktəblərin bağlanması və küçədə gəzməyin qadağan edilməsi kimi tədbirlərin koronavirusla mübarizədə faydası aydın deyil.
“Bu cür qadağaların elmi əsası yoxdur”, - epidemioloq bildirib.