ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden tərəfindən hazırlanmış məruzədə, FTB (Federal Təhqiqat Bürosu) və MTA-nın görkəmli beş amerikalı müsəlmanın elektron məktublarını skayner etdiyi deyilir.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, məruzənin müəlliflərinin iddia etdiklərinə görə, bu, xarici terrorçulara və ABŞ-ın milli təhlükəsizliyinə yönəlmiş digər təhlükələrə qarşı hazırlanmış iri dövlət müşahidə proqramının bir hissəsidir.
Müşahidədə olanların sırasında əslən pakistanlı olan, vaxtilə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyində işləyən vəkil Feyzal Hill də var.
O, və məruzədə adı hallanan daha dörd nəfər terrora aidiyyatları olduğunu qətiyyətlə təkzib edirlər. Onların heç birinə qarşı əvvəllər cinayət fəaliyyətinə dair ittiham irəli sürülməyib.