2014-cü ilin avqust ayının 11-də fövqəl Ayı – həddən artıq böyük ölçüdə olan Ay – görmək mümkün olacaq.
Planetimizin peyki dolunay zamanı Yer ilə ən yaxın məsafədə yerləşərək bütün gözəlliyini nümayiş etdirəcək.
Oxu.Az xəbər verir ki, astronomların sözlərinə görə, Ayın diski adət etdiyimizdən 14% böyük və 30% parlaq görünəcək.
Bu hadisə hər il yarımdan bir müşahidə edilir. Bəzi mövhumatçılar bunun qəzalardan xəbər verdiyini və insanların qeyri-adi davranışına səbəb olduğunu hesab edirlər.
Fövqəl Ay o qədər də uzun çəkməyəcək. Ertəsi gecə artıq Ay planetimizdən uzaqlaşmağa başlayacaq.
Qeyd etmək lazımdır ki, təsirləndirici “geniş formatlı” ay göstərilərini 12 iyul və 9 sentyabrda da görmək mümkündür. (uralinform.ru).