Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Braziliya prezidenti başından ağır əməliyyat keçirib
Braziliya Prezidenti Luis İnasio Lula da Silva cərrahiyyə əməliyyatı keçirib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sirio-Libanes xəstəxanası məlumat yayıb.
"Əməliyyat fəsadsız keçdi, prezident hazırda özünü yaxşı hiss edir və reanimasiya şöbəsində müşahidə altındadır", - deyə xəstəxanadan bildirilib.
Məlumat üçün əlavə edək ki, Luis İnasio Lula da Silva baş ağrısı səbəbindən ötən gün axşam müayinə üçün xəstəxanaya yerləşdirilib. MRT müayinəsi zamanı onda kəllədaxili qansızma aşkarlanıb. Bundan sonra o, xəstəxananın paytaxt filialından San-Pauluya köçürülüb və hematomaya drenaj qoymaq üçün kəllə sümüyünün trepanasiyası həyata keçirilib.
"Braziliya" teqi üzrə xəbərlər
- Riçard Almeydanın "Qarabağ"dan ayrılmasının SƏBƏBİ
- Braziliya prezidenti: "Rusiyalıların öldürülməsi üçün silah satmaq fikrində deyiləm"
- Braziliyanın keçmiş prezidentinə qarşı AĞIR İTTİHAM
- AZAL təyyarəsinin qəzası üzrə hesabat nə vaxt tamamlanacaq? - AÇIQLANDI
- Braziliyada 26 yaşlı futbolçu oyundan əvvəl öldü