"2025-ci ildə beş ədəd olmaqla, o cümlədən Xankəndi şəhəri və Ağdərə rayonlarında avtomat meteoroloji stansiyaların quraşdırılması nəzərdə tutulur".
Oxu.Az "Report"a xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Kənan Kərimli ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə 10 çay üzərində 11 avtomat hidroloji, 5 avtomat meteoroloji stansiya quraşdırılaraq istifadəyə verilib:
"Xankəndi şəhəri ərazisində bir dəst, Laçın rayonunun Güləbird kəndi ərazisində bir dəst və Xocalı şəhəri yaxınlığında bir dəst olmaqla 3 avtomat aqrometeoroloji stansiya quraşdırılaraq işə salınıb".