Braziliyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP30) yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "G1" portalına Braziliyanın turizm naziri Selso Sabina məlumat verib.
Məlumata görə, rəsmi tədbirlərin keçirildiyi binalardan biri yanıb. Xəsarət alan olmayıb.
Nazir bildirib ki, vəziyyət nəzarət altındadır. Hadisə yerindəki konfrans iştirakçıları təhlükəsizlik xidmətlərinin əmri ilə təxliyə ediliblər.
Xatırladaq ki, COP30 iqlim konfransı 10-21 noyabr tarixlərində Braziliyanın şimalındakı Para əyalətinin Belem şəhərində keçirilir.
Braziliyada keçirilən COP30-da yanğın baş verib