Los-Ancelesdə məşhur Hollivud aktyoru Bred Pit üç avtomobilin iştirakı ilə baş vermiş yol qəzasına düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, aktyor öz tünd-göy “Tesla”sı ilə qarşısında olan “Nissan Altima” ilə toqquşub, sonuncu isə qarşısında olan “KİA Soul”a çırpılıb. İntizamlı sürücü kimi Pit qəzaya düşmüş avtomobillərin fotoşəkillərini telefonun kamerası ilə çəkib.
Sürücülər öz əlaqə və digər məlumatlarını mübadilə edib, Pit onların sürücülüklə bağlı sənədlərinin sürətini smartfonu ilə çəkib.
Məlumata görə, Pit həmin sürücülərlə səmimi söhbət aparıb, onlar qəzanı törədənin məşhur Hollivud aktyoru olduğunu görəndə məəttəl qalıb, gülüməsəyərək onun əlini sıxıb.
Qəzadan maşınlara o qədər də ciddi ziyan dəyməyib. Bəzi detalları müzakirə etdikdən sonra sürücülər avtomobillərinə minərək, hadisə yerini tərk edib.