Britaniyanın MI5 əkskəşfiyyat xidməti “Instagram” sosial şəbəkəsində rəsmi səhifə açıb.
Bu barədə xidmətin rəhbəri Ken Makkallum “The Daily Telegraph” nəşrinə bugünki müsahibəsi zamanı məlumat verib. O, bildirib ki, MI5 daha çox şəffaflığa can atır.
Şəbəkədəki ilk postda xidmətin öz qapılarını hər kəsin üzünə açacağı və maraqlanan şəxsləri öz fəaliyyətinin bir sıra tərəfləri ilə tanış edəcəyi bildirilir.
K.Makkallumun sözlərinə görə, səhifədə həmçinin xidmətin tarixi barədə məlumatlar, eləcə də iş elanları öz əksini tapacaq.
View this post on Instagram
"İş elanları" teqi üzrə xəbərlər
- Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
- Xaricdə iş axtaranların nəzərinə: Yüksək maaş vədinin arxasında nə dayanır? - Foto
- İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video
- Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
- Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
Digər xəbərlər