Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Britaniya Gürcüstanla dialoqu və müdafiə sahəsində əməkdaşlığı dondurub
Böyük Britaniya Gürcüstan hökuməti ilə apardığı "Uordrop Strateji Dialoqu"nu dondurduğunu açıqlayıb.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfiri Qarret Uord məlumat verib.
"Biz, həmçinin müdafiə qərargahları arasında planlaşdırılan yüksəksəviyyəli danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq", - deyə britaniyalı səfir Qarret Uord vurğulayıb.
Xatırladaq ki, ötən həftə də Avropa Parlamentinin üzvləri Gürcüstanın demokratiyadan geri çəkildiyini əsas gətirərək Tbilisiyə Avropadan ayrılan maliyyənin dondurulmasını tələb edən qətnamə qəbul ediblər.
Sənəddə bildirilir ki, Gürcüstanın yeni qanunları, ölkənin seçki qanunlarına edilən dəyişikliklər və artan anti-Avropa ritorikası ilə birlikdə, söz azadlığını pozur, mediaya senzura qoyur, vətəndaş cəmiyyəti və QHT sektorunda tənqidi fikirlərə məhdudiyyətlər qoyur və həssas təbəqəyə qarşı ayrı-seçkilik edir.
"Böyük Britaniya" teqi üzrə xəbərlər
- Ekrandakı monarx: III Çarlz sənədli filmdə baş rolu oynayacaq
- Fransız buldoqu narkotik ticarəti şəbəkəsinin ifşasına kömək etdi
- Şahzadə Diananın qardaşı qızları jurnalın üz qabığı üçün çəkildilər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
Rəylər