Britaniyanın MI6 xüsusi xidmət orqanının keçmiş rəisi Riçard Dirlav koronavirusun Uhandakı laboratoriyadan səhvən yayıldığını və insan istehsalı olduğunu iddia edib.
Bu barədə “Haber Global” məlumat yayıb.
MI6-nın keçmiş şefi bu sözlərində Britaniya və Norveçdən olan alimlərin hesabatına istinad edib. Hesabatda SARS virusu ilə eyni ailədən olan COVID-19-un virus ailəsi ilə tamamilə fərqli quruluşa sahib olduğu qeyd olunub.
Keçmiş MI6 rəisi hazırlanan hesabatların Çini dünyaya vurduğu zərəri ödəməyə məcbur edəcəyini vurğulayıb.