Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonun miqrasiya siyasətinin sərtləşdiriləcəyini açıqlayıb.
Oxu.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Kir Starmer mətbuat konfransı zamanı bildirib.
"Kvalifikasiya tələbləri diplom səviyyəsinə qaldırılacaq. Bütün miqrantlar, o cümlədən onların himayəsində olanlar üçün ingilis dili tələbi artırılacaq", - deyə Kir Starmer
Britaniya baş naziri əlavə edib ki, yaşayış icazəsi almaq üçün tələb olunan müddət beş ildən on ilədək artırılacaq.