Britaniya baş naziri Tereza Meyin Britaniya parlamentində keçmiş rusiyalı casus Serqey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı etdiyi çıxışdan sonra Rusiya səfiri Britaniya XİN-ə çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya səfirindən izahat alınıb, Moskvanın sabah iş gününün sonuna kimi məsələ ilə bağlı rəsmi açıqlama verməsi tələb olunub.
22:03
Britaniya baş naziri Tereza Mey, İngiltərədə siyasi sığınacaq almış keçmiş rusiyalı casus Serqey Skripal və onun qızının “Noviçok” fəsiləsindən olan sinir sistemini iflic edən maddə ilə zəhərləndiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
“Məlum olub ki, Skripal Rusiyada istehsal olunmuş sinir-sistemini iflic edən hərbi təyinatlı maddə vasitəsi ilə zəhərlənib. Bu maddə “Noviçok” adı ilə tanınan sinir-iflic edən maddələr qrupuna daxildir” deyə Mey bildirib.
Bundan əvvəl Britaniya baş naziri Skripalın zəhərlənməsində Rusiyanın əlinin olduğuna eyham vurmuşdu.
F.M.
www.oxu.az
Rəylər