Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Britaniya baş naziri Tereza Meyin rusiyalı casusun zəhərlənməsində Moskvaya eyham vurmasına sərt reaksiya göstərib.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Zaxarova mətbuat konfransında açıqlama verib.
“Bu, Britaniya parlamentinin sirk şousudur. Nəticə aydındır: təxribat üzərində qurulmuş növbəti siyasi-informasiya kampaniyasıdır”deyə Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, Britaniya hökuməti əvvəlki oxşar ittihamların, o cümlədən Litvinenko, Berezovski və digər şəxslərin ölümü üzrə işlərin hansı şəkildə yekunlaşdığını ictimaiyyətə açıqlamalıdır.
Xatırladaq ki, Tereza Mey bundan əvvəl Britaniyada sığınacaq almış rusiyalı keçmiş casus Sergey Skripalın Rusiyada istehsal olunmuş sinir sistemini iflic edən maddə ilə zəhərləndiyini bildirmişdi.
F.M.
www.oxu.az
Rəylər