Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmeri əvəzləyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Səsvermənin yekunlarına əsasən, S.Abdi-Vali 12 292 səs (45.17%) toplayıb.
Məlumata görə, Abdi-Vali uşaq yaşlarında Somalidəki vətəndaş müharibəsindən yayınaraq Böyük Britaniyaya qaçqın kimi gəlib. 2026-cı ilin may ayından etibarən o, Londonun Kamden dairəsinin şurasına rəhbərlik edir və bu vəzifəni tutan ilk qaradərili qadın kimi tarixə düşüb. Gələcək deputatın əsas fəaliyyət prioritetləri arasında evsizlik probleminə qarşı mübarizə xüsusi yer tutur.
Xatırladaq ki, K.Starmer sentyabrın 1-də Holborn və Sent-Pankras dairəsi üzrə İcmalar Palatasının deputatı səlahiyyətlərindən imtina edəcəyini və diqqətini beynəlxalq fəaliyyətə yönəldəcəyini elan etmişdi. Sabiq baş nazir "estafeti xələfinə vermək" üçün uyğun vaxtın yetişdiyini vurğulamışdı. O, 11 il ərzində İcmalar Palatasında öz seçki dairəsini təmsil edib.