Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Britaniya Rusiya siyasətçilərinin ölkəyə girişini qadağan edəcək
Böyük Britaniya Moskva əleyhinə sanksiyaların növbəti paketi çərçivəsində Rusiyanın bütün yüksək vəzifəli siyasətçilərinin, məmurlarının və menecerlərinin ölkəyə girişini qadağan etməyi planlaşdırır.
Bu barədə Oxu.Az "The Times" qəzetinə istinadla xəbər verir.
Qəzetin məlumatına görə, Britaniyanın Daxili İşlər Nazirliyi (DİN) Rusiyanın bütün regional və federal nazirlərini, eləcə də bu ölkənin iri şirkətlərinin direktorlarını və yüksək vəzifəli menecerlərini sanksiya siyahısına salacaq.
Məhdudlaşdırıcı tədbirlər federal və dövlət qurumları və agentliklərinin yüksək vəzifəli məmurlarına, enerji və maliyyə sektorunun menecment şirkətlərinə, habelə Rusiya KİV-nin rəhbərliyinə şamil ediləcək.
Hökumət belə bir addımın zəruriliyini Rusiya rəhbərliyinə siyasi təzyiqləri gücləndirmək və milli təhlükəsizliyə təhdidləri azaltmaq niyyəti ilə izah edir. Sanksiyaya düşən şəxslərin tam siyahısı DİN tərəfindən dərc ediləcək.
"Böyük Britaniya" teqi üzrə xəbərlər
- Böyük Britaniyanın keçmiş baş naziri onunla selfi çəkdirənlərdən pul alır
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- Böyük maraqla qarşılanan əcnəbi döyüş filmində Bakı mənzərələri
- Böyük Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır
- Azərbaycanın keçmiş səfiri seksual hərəkətlərə görə Britaniyada HƏBS OLUNDU