Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mauro İkardiyə SİYAHI göndərildi: Naranın boşanma şərtləri ortaya çıxdı
"Qalatasaray" futbol klubunun argentinalı ulduzu Mauro İkardi ilə həyat yoldaşı Vanda Nara arasında boşanma prosesi olduqca çətin və mübahisəli keçir.
Oxu.Az bu barədə "En Son Haber"ə istinadla xəbər verir.
Bildirilir ki, ərinə xəyanəti və gənc sevgilisi ilə gündəmdən düşməyən Vanda Naranın İkardidən boşanmaq üçün tələbləri ortaya çıxıb.
Məlum olub ki, İkardidən iki qızı olan Naranın razılıq əsasında boşanma üçün tələbləri bunlardır:
- 500 min dollar təzminat
- Milanda (İtaliya) mənzil
- Komo gölü (İtaliya) sahilində villa
- Qızlarının tam qəyyumluğu.
Bu şərtlərin cütlüyün boşanma prosesindəki gərginliyini daha da artıracağı gözlənilir. Çünki hər iki tərəf - İkardi də, Nara da qızlarının qəyyumluğunu özləri üçün "qırmızı xətt" adlandırır və bu məsələdə güzəştə getmək istəmirlər.