Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda "IVY HUB" Tədris Mərkəzi fəaliyyətə başladı
Bakıda şagirdləri dünyanın ən yaxşı universitetlərinə hazırlayan "IVY HUB" tədris mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
22 fevral 2025-ci il tarixində baş tutan tədbirdə Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Fatma Yıldırım, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, eləcə də ictimai təşkilatların nümayəndələri, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimi rəsmi lentkəsmə ilə başlayıb. Bu rəmzi mərasimdə millət vəkili Fatma Yıldırım və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov da iştirak ediblər. Daha sonra tədbirin rəsmi hissəsi davam edib və çıxışlar dinlənilib. Natiqlər təhsil sahəsində innovativ yanaşmaların və "IVY HUB"ın bu istiqamətdəki rolunun əhəmiyyətindən bəhs ediblər.
Tədbirin qeyri-rəsmi hissəsində isə qonaqlar üçün furşet təşkil olunub və onlar "IVY HUB"ın imkanları ilə daha yaxından tanış olublar.
"IVY HUB" tədris mərkəzi beynəlxalq imtahanlara hazırlıq sahəsində geniş və fərdiləşdirilmiş proqramlar təklif edir. Burada SAT, IELTS, TOEFL və "Duolingo" kimi testlərə hazırlıq kursları, eləcə də ingilis dili biliklərini gücləndirmək üçün ümumi ingilis dili dərsləri mövcuddur. "IVY HUB"da proqramlar sadəcə test suallarını cavablandırmaq üçün baza biliklərini öyrətməklə məhdudlaşmır. Burada hər bir şagirdin fərdi ehtiyaclarına uyğun təlim strategiyaları hazırlanır, düzgün hədəflər təyin olunub və potensialından tam istifadə edərək maksimum nəticə qazanmasına yardım edilib.
"IVY HUB" hazırlıq prosesinin effektivliyini artırmaq üçün şagirdlərə psixoloq və mentor dəstəyi təklif edir. Bu yanaşma, "IVY HUB"ı digər tədris mərkəzlərindən fərqləndirən əsas cəhətlərdən biridir.
Bundan əlavə, "IVY HUB" şagirdlərin xaricdə təhsil almasına dəstək olmaq üçün bütün mərhələlər üzrə "Xaricdə təhsil" xidmətləri paketini təklif edir. Bu paket qəbul strategiyalarını öyrənmək, universitet araşdırması aparmaq, müraciət portfeli hazırlamaq, esse yazılması və təqaüd imkanlarını dəyərləndirmək, şagirdlərin universitetlərə yerləşdirilməsi və s. kimi addımları özündə birləşdirir.
Qeyd edək ki, "IVY HUB" adı dünya miqyasında prestijli universitetlərin toplandığı "Ivy League"dən ilham alınaraq seçilib və missiyası azərbaycanlı şagirdlərin dünyanın nüfuzlu universitetlərinə qəbul olunmasına yardım etməkdir. Bunun üçün peşəkar komandası və müasir tədris metodlarını bir araya gətirərək ali təhsilə hazırlıq və xaricdə təhsil xidmətlərində mükəmməlliyin simvolu olmağı hədəfləyir.
Məlumat üçün:
Veb-sayt: ivyhub.az
Ünvan: İstiqlaliyyət küçəsi 27/20, Bakı
Telefon: +994 010 2337707
E-mail: [email protected]
"Milli Məclis" teqi üzrə xəbərlər
- DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub
- Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat MM-ə təqdim edilib
- Mərkəzi Bank valyuta hərracı barədə məlumat yaymağı dayandırıb - Rəsmi CAVAB
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Deputat: "Aİ-nin "müşahidə missiyası"nın təxribatları heç bir nəticə verə bilməz"