Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Britaniya Ukraynanın Rusiyaya "Storm Shadow" raketləri atmasına icazə verib
Britaniya Ukraynanın Rusiyaya "Storm Shadow" raketləri atmasının əleyhinə deyil, lakin ABŞ ilə konfrontasiyaya getməmək üçün bu barədə açıq şəkildə çağırış etməyəcək.
Oxu.Az xəbər verir ki, "The Telegraph" nəşri bu barədə Britaniya hökumətinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu cür raketlər Vaşinqtondan icazə tələb edən məxfi ABŞ sistemləri ilə idarə olunur.
Həmçinin Ağ Evdəki mənbə qəzetə bildirib ki, Co Baydenin administrasiyası hesab edir ki, ABŞ-nin icazəsi olmadan sözügedən raketlərin istifadəsi vəziyyəti gərginləşdirə və ABŞ qoşunlarının münaqişəyə cəlb olunmasına gətirib çıxara bilər.
"Böyük Britaniya" teqi üzrə xəbərlər
- Şahzadə Endryunu cinsi təcavüzdə ittiham edən qadın ÖZÜNÜ ÖLDÜRÜB
- İran nüvə böhranının həlli üçün ilk addımı atmağa hazırdır
- Rusiya XİN: "Milli maraqlarımıza zərər vuranlara cavab verəcəyik"
- Ukraynaya ən çox hansı ölkə kömək edir?
- Böyük Britaniya və Ukraynanın XİN rəhbərlərinin görüşü təxirə salınıb