Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fransada daha bir qalmaqal: Paralimpiya Komitəsinin prezidentinin akkreditasiya kartı oğurlanıb
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonsun avtomobilinin tədbir üçün akkreditasiya kartı oğurlanıb.
Oxu.Az xəbər verir ki, oğurluq avqustun 21-dən 22-nə keçən gecə törədilsə də, hadisənin üstü ayın 23-də açılıb. Avtomobilin qapısı açıq qalıb, akkreditasiya kartı oğurlanıb və başqası ilə əvəzlənib.
Hadisədən sonra "Paris 2024" avtomobillərinə məsul şəxs polis bölməsinə şikayət edib.
Bu vəsiqə bütün Paralimpiya obyektlərinə girişə və təhlükəsizlik yoxlamalarından keçməyə imkan verir. Kart Oyunlar zamanı cəmi 20 nəfərə paylanılıb.
Qeyd edək ki, "Paris-2024" Yay Paralimpiya Oyunlarının açılış mərasimi bu gün keçiriləcək.
"Paris-2024 Yay Paralimpiya Oyunları" teqi üzrə xəbərlər
- Paralimpiya çempionu: "Şadam ki, xalqımızı layiqincə təmsil etdim"
- Şahvələd Əliyev: "İdmançılarımızın göstəricilərindən tam razıyıq"
- Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"
- Bu xəbərləri qaçırmayın: 11.09.2024-ün ən mühüm hadisələri
- Paralimpiyaçılarımız ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Rəylər