Britaniyada yeni doğulmuş uşaqların kütləvi şəkildə dəfn olunduqları məzarlıq aşkar edilib.
Oxu.Az bu barədə "The Times" nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, məzarlıq Oldem şəhərində tapılıb.
Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha üç oxşar məzarlıq tapıblar. Qeyd olunub ki, körpələrin dəfn edildiyi adsız məzarlığı 53 il əvvəl əkiz uşaq dünyaya gətirən, lakin doğuşdan dərhal sonra onları itirən ananın axtarışları sayəsində tapmaq mümkün olub. Bütün bu müddət ərzində ana övladlarının dəfn olunduğu yeri tapmağa çalışıb.
Məlumatda, həmçinin bildirilib ki, Britaniyada 1980-ci illərin sonunda ölü doğulmuş uşaqlar tez-tez kütləvi məzarlıqlarda basdırılıblar.
Rəylər